Ermənistan təhlükəsizlik qüvvələri baş nazir Nikol Paşinyanın İrəvan ətrafındakı iqamətgahına yaxınlaşan bütün yolları bağlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, əraziyə getdikcə daha çox xüsusi təyinatlı dəstələr gəlir.
Bundan əvvəl İrəvanın mərkəzində keçirilən aksiyasının lideri arxiyepiskop Baqrat Qalstanyan baş nazir Paşinyanı görüşə dəvət edib. Eyni zamanda, hökumət aparatının rəhbərinin müavini Taron Çaxoyanın məlumatına görə, Ermənistanın baş naziri hazırda hökumətin bağ evində deyil, ölkənin şimalında daşqın zonasındadır.
Bizim.Media