İrakli Kobaxidze Zurabişvilini vətənə xəyanətdə ittiham etdi

Hazırda oxunan: İrakli Kobaxidze Zurabişvilini vətənə xəyanətdə ittiham etdi

İrakli Kobaxidze, Gürcüstanın Baş naziri, ölkə Prezidenti Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham etdi və ölkə üçün müstəqilliyin qorunmasının vacibliyini vurğuladı.

194131

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə Prezidenti Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham edib.

Bizim.Media xəbər verir ki, bu barədə İ. Kobaxidze Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Xalqın və onun seçdiyi hökumətin birliyi və mənalı addımları bizə son iki ildə ekzistensial təhlükələrə və müxtəlif xəyanətlərə, o cümlədən prezidentə xəyanətə baxmayaraq, ölkədə sülhü qoruyub saxlamaq imkanı verib.
Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər bizə xüsusilə aydın şəkildə göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır”,- deyə o bildirib.

Baş nazir vurğulayıb ki, hazırda Gürcüstan üçün öz dövlət müstəqilliyini qorumaq xüsusilə vacibdir:

“Bu gün hər zamankindən daha çox bir-birimizə qayğı göstərməli və nifrətə qalib gəlməliyik, çünki üşmənçiliyin məhv etdiyi şeyi yalnız sevgi ilə qura bilərik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin