Mayın 19-da helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin doğulduğu Məşhəd şəhərində dəfn mərasimi keçirilir.
Bizim.Media xəbər verir ki, Cənubi Xorasan əyalətinin Bircend şəhərində keçirilən vida mərasimindən sonra mərhum Rəisinin nəşi Məşhədə aparılıb.
Dəfn mərasiminə 3 milyona yaxın insanın toplaşdığı bildirilir.
Qeyd edək ki, Rəisi ilə birlikdə helikopter qəzasında ümumilikdə 9 nəfər həlak olub. Onların arasında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da var.
Bizim.Media