Baydendən Ərdoğana Ermənistan vədi – SENSASİON İDDİA

Hazırda oxunan: Baydendən Ərdoğana Ermənistan vədi – SENSASİON İDDİA

19370

“Ermənistan ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı”nı tanınmasını alqışladı. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın buna yumşaq reaksiyası bizi təəccübləndirdi”.

Bizim.Media xəbər verir ki, bunu erməni türkoloq Tiqran Lokmaqezyan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Baydenin ABŞ-ı “diriltmək” cəhdləri - Təkqütblü dünyaya keçid


O, Ankaranın Baydenin açıqlamasından sonrakı reaksiyasının Ermənistanda müzakirə mövzusuna çevrildiyini bildirib.

“Türkiyədən və xüsusən də Ərdoğandan belə bir yumşaq reaksiya gözlənilməz oldu. Üstəlik, Ankarada anti-Amerika isterikası müşahidə olunmur”, - ekspert qeyd edib.

Türkoloq Bayden və Ərdoğan arasında tanınma ərəfəsində baş tutan telefon danışığının təsadüfi olmadığını söyləyib: “Şübhəsiz ki, Vaşinqton bunun müqabilində Ankaraya nələrisə təklif edib. Bu, Ermənistan və Suriya ilə bağlı ola bilər. Böyük ehtimalla vəd edilən çox şey var”.

Lokmaqezyan hesab edir, gözlənilən sürprizlərə qarşı fəaliyyət planı hazırlanmalıdır.

Digər erməni siyasi ekspert Naira Oxikyana görə də, Ermənistan Baydenin açıqlamasından çox da sevinməməli və arxayın olmamalıdır:

“Bu, ermənilərə təzminatın ödənilməsi və torpaqların verilməsi demək deyil. Bu kontekstdə Amerika administrasiyası rəhbərinin bəyanatına diqqətlə baxmaq lazımdır. Bayden öz açıqlamasında kimisə günahlandırmadı, bildirdi ki, bunu belə faciələrin bir daha təkrarlanmaması üçün deyir."

"Belə çıxır ki, Amerika lideri ermənilərin qətlə yetirilməsindən təəssüflənir, amma baş verənlərdə Türkiyəni günahlandırmır. Bu, o deməkdir ki, buna görə Ankaraya cavab verməyi düşünmürlər”.

"Oxikyan əmindir ki, Vaşinqton Ermənistan və ermənilərə görə Ankara ilə iqtisadi əlaqələrini qurban verməyə hazır deyil: “ABŞ və Türkiyə arasındakı ticarət dövriyyəsi dünyada ən yüksək ticarət dövriyyələrindən biridir - 26 milyard dollar."


"Bu baxımdan, ABŞ-ın da heç bir qanuni addım atmayacağını deyə bilərəm. Əslində ABŞ 106 il əvvəlki hadisələri tanıyır, ancaq Ankaraya qarşı bütün ittihamları rədd edir”. (Teleqraf.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin