Erməni lobbiçisi, rusiyalı deputat Konstantin Zatulin baş nazir Nikol Paşinyanın atdığı addımlardan məyus olub və onu “yalançı” və “əclaf” adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, rus mətbuatına danışıb.
Onun sözlərinə görə, Paşinyan Qarabağda Azərbaycanla müharibədə məğlubiyyətə görə bütün məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır.
“Mənim mövqeyim çoxdan bəllidir. Paşinyan yalançı və əclafdır, erməni xalqının qəzəbini Rusiyaya yönəltməyə çalışır. O, sələflərinin və bütün erməni xalqının uzun illər mübarizə apardığı (Söhbət Azərbaycan torpağının işğalından gedir - red.) hər şeyi uğursuzluğa düçar edib”, - Zatulin bildirib.
Parlamentari Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hansı iki ölkəsindən danışdığını da açıqlayıb.
“Hesab edə bilərsiniz ki, bu, Rusiya və Belarusdur. Bunu başa düşmək çətin deyil”, - Zatulin yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
11:14 / 23.05.2024
Zatulin Paşinyanı "yalançı" və "əclaf" adlandırdı
Hazırda oxunan: Zatulin Paşinyanı "yalançı" və "əclaf" adlandırdı
Hazırda oxunan: Zatulin Paşinyanı "yalançı" və "əclaf" adlandırdı
Zatulin Paşinyanı "yalançı" və "əclaf" adlandırdı. Erməni lobbiçisi, rusiyalı deputat Konstantin Zatulin baş nazir Nikol Paşinyanın atdığı addımlardan məyus olub və onu "yalançı" və "əclaf" adlandırıb.
193597
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.