Rəsmi İrəvan: "Rusiyadan asılılığımız uğursuzluğa düçar oldu"

Hazırda oxunan: Rəsmi İrəvan: "Rusiyadan asılılığımız uğursuzluğa düçar oldu"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Ermənistanın Rusiyadan asılılığının uğursuzluğa düçar olduğu və bu asılılığı azaltmaq üçün münasibətlərdə dəyişiklik etdiklərinə dair müsahibə verib. Onun sözlərinə görə, 2020-ci ildə silahların 96%-i Rusiyadan alınırdısa, son 4 ildə bu faiz 10-dan da aşağı düşüb.

193251

"Ermənistan Rusiyadan çox asılı idi, bizim bütün “təhlükəsizlik yumurtalarımız" bir səbətdə olub”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Civilnet”ə müsahibəsində deyib.

“Biz bunun uğursuzluğa səbəb olduğunu gördük. Rusiyadan asılılığı azaltmaq üçün münasibətlərə dəyişiklik etməli olduq. Təhlükəsizlik baxımından bir çox irəliləyişlər var. Məsələn, 2020-ci ildə silahların 96%-i Rusiyadan alınırdısa, son 4 ildə bu faiz 10-dan da aşağı düşüb və bu, reallıqdır”, - deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin