Gürcüstan Prezidenti "xarici agentlər" haqqında qanuna VETO qoyub

Hazırda oxunan: Gürcüstan Prezidenti "xarici agentlər" haqqında qanuna VETO qoyub

Gürcüstan Prezidenti Salome Zurabişvili "xarici agentlər" haqqında qanuna veto qoyduğunu açıqlayıb. Zurabişvili qanunun Rusiya qanununa əsaslandığını və Avropa standartlarına zidd olduğunu bildirib.
192769

Gürcüstan Prezidenti Salome Zurabişvili "xarici agentlər" haqqında qanuna veto qoyduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Zurabişvili bu gün keçirdiyi brifinqdə məlumat verib.

“Bu qanun öz mahiyyətinə görə Rusiya qanunudur, Konstitusiyamıza və bütün Avropa standartlarına ziddir. Və beləliklə, bizim Avropa yolumuza maneədir. Bu veto qanuni cəhətdən tam əsaslandırılıb və bu gün parlamentə təqdim olunacaq. 

Bununla qanun heç bir dəyişikliyə, təkmilləşdirməyə məruz qalmır və ona görə də çox sadə bir vetodur. Bu qanun ləğv edilməlidir”, - Zurabişvili xüsusi brifinqdə bildirib.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü və yekun oxunuşda qəbul edib.

Layihə ilə bağlı parlament prosedurları bir ay ərzində etirazlarla müşayiət olunub, polis aksiyalara müdaxilə edib və fəallardan bəziləri həbs edilib. Nümayişçilərə dəfələrlə dəstəyini ifadə edən Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, qanun layihəsi təsdiqlənərsə, ona veto qoyulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin