Şuşada dağılmış heykəlləri görən Lukaşenko erməniləri barbar ADLANDIRDI

Hazırda oxunan: Şuşada dağılmış heykəlləri görən Lukaşenko erməniləri barbar ADLANDIRDI

192624

“Heykəllərə və tarixi abidələrə atəş açanlar barbardırlar”.

Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfəri zamanı deyib.

Lukaşenko Şuşanın timsalında Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Qarabağın dirçəlişinin üçün görülən işlərlə tanış olub. İlham Əliyev və Lukaşenko Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.
Bülbülün ermənilər tərəfindən güllələnən büstünü görən Lukaşenko hisslərini “heykəllərə və tarixi abidələrə atəş açanlar barbardırlar” deyərək ifadə edib.

“Bədbəxtlik baş verməsə, xoşbəxtlik olmaz. Burada tamamilə yeni bir həyat olacaq. Təbii ki, bu bədbəxtlik bir az baha başa gəlib. Xarabalıqlar danışır...Ancaq binaların bərpa oluna biləcəyi yerlərdə onlar bərpa edilməlidir”, - Aleksandr Lukaşenko qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin