“Sülhməramlıların minaya düşərək yaralanması səbəbindən Qarabağda erməni hərbçilərinin qalıqlarının axtarışı dayandırılıb”.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə separatçı rejimin “Daxili İşlər Nazirliyi Təcili Xidmətinin “mətbuat katibi”” Hunan Tadevosyan məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan yeni rəqəmlər ortaya qoydu - 3330 erməni hərbçisi öldürülüb
O bildirib ki, axtarış Füzuli rayonunda aparılmalı idi. Tadevosyanın sözlərinə görə, aprelin 28-də yenidən meyitlərin axtarışına başlanılacaq.
Qeyd edək ki, aprelin 25-də Qarabağda rus hərbçilərini daşıyan yük maşını ermənilərin iğaldan azad edilən ərazilərdə basdırdığı minaya düşüb. Partlayış nəticəsində iki rus hərbçisi yaralanıb.
Bizim.Media