Tbilisidə “xarici agentlər” haqqında qanuna qarşı keçirilən aksiyada 13 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hazırda parlament binasının yerləşdiyi Rustaveli prospektində gərginlik davam edir. Əraziyə çox sayda polis xüsusi təyinatlıları və su şırnağı maşınları cəlb edilib.
Bizim.Media