İrəvanda etirazlarda saxlanılanların sayı 63-ə çatdı

Hazırda oxunan: İrəvanda etirazlarda saxlanılanların sayı 63-ə çatdı

192042

İrəvanda keçirilən etirazlarda bu gün saxlanılanların sayı 63 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Mənbə yazır ki, etirazçılar şəhərin bir neçə küçəsini bağlayıb.

Qeyd edək ki, Ermənistanda bir müddətdir ki, Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etiraz aksiyaları keçirirlər.

Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Qazaxın işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.
Ötən gün isə 156 nəfərin saxlanılıb və sonradan sərbəst buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin