Gürcüstan parlamentində növbəti dəfə dava düşüb.
Bizim.Media xəbər verir ki, parlamentin plenar sessiyasında hakim partiya ilə müxalifət deputatlar əlbəyaxa dalaşıblar.
Gərginlik müxalif Vahid Milli Hərəkat partiyasının sədri Levan Xabeişvilinin çıxışı zamanı baş verib. Müxalifət lideri və hakim partiyanın deputatı Dmitri Samxaradze qarşılıqlı bir-birini təhqir ediblər. Mübahisə daha sonra qarşıdurmaya çevrilib.
Sessiya hazırda davam edir.
Qeyd edək ki, bu gün plenar sessiyada mübahisəli "xarici təsir" qanununun üçüncü və sonuncu oxunuşda səsə qoyulması gözlənilir.
Bizim.Media