Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması regionda sabit və dayanıqlı sülhün bərqərar olmasına töhfə verəcək.
Bizim.Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in hazırkı sədri Yan Borq ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O əlavə edib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması da sülhün mühüm tərkib hissəsidir:
“Biz nəinki hazırıq, həm də nəqliyyat əlaqələrinin bərpasında maraqlıyıq. Xüsusilə, söhbət Azərbaycanla dəmir yolu əlaqələrindən gedir. Bunun tənzimlənməsi təbii ki, bərabərlik prinsipinə uyğun olacaq”.
Bizim.Media
- A-
- A
- A+
Region
13:02 / 13.05.2024
Ararat Mirzoyan: "Azərbaycanla dəmir yolu əlaqələrinin bərpasında maraqlıyıq"
Hazırda oxunan: Ararat Mirzoyan: "Azərbaycanla dəmir yolu əlaqələrinin bərpasında maraqlıyıq"
Hazırda oxunan: Ararat Mirzoyan: "Azərbaycanla dəmir yolu əlaqələrinin bərpasında maraqlıyıq"
191827
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.