ŞOK: Erməni deputat Türkiyə parlamentinə “soyqırım”la bağlı qanun layihəsi təqdim etdi

Hazırda oxunan: ŞOK: Erməni deputat Türkiyə parlamentinə “soyqırım”la bağlı qanun layihəsi təqdim etdi

19160

Türkiyə parlamentinin “Xalqların Demokratik Partiyası”ndan olan deputatı Qaro Paylan qanunverici orqana yalançı “erməni soyqırımı”nın tanınmasına dair qanun layihəsini təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Akos” erməni nəşri yayıb.

Layihədə, eyni zamanda “soyqırımı” təşkilatçılarının adını daşıyan yer adlarının dəyişdirilməsi və Türkiyə vətəndaşlığı qanununa dəyişiklik edilməsi təklif olunur.

Paylanın təqdim etdiyi sənəddə deyilir ki, Türkiyə parlamenti məsuliyyəti öz üzərinə götürməli və ermənilərin yaşadığı faciəni "soyqırımı" adlandırmalıdır:

"Böyük cinayət Türkiyə parlamenti tərəfindən tanınmalı və “erməni soyqırımı” nəticəsində zərər çəkənlər 106 ildən sonra ədalətə çatmalıdırlar".

Xatırladaq ki, “soyqırımı”n 106-cı ildönümündə ABŞ-ın 46-cı prezidenti Co  Bayden 20-ci əsrin əvvəllərində Osmanlı Türkiyəsindəki etnik ermənilərin qırğınlarını "soyqırımı" adlandırıb.

Türkiyə Xarici İşlər Nazirliyi buna dərhal reaksiya verib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Baydenin açıqlamasını populist adlandıraraq Türkiyənin bunu rədd etdiyini vurğulayıb.

Haşiyə: Türkiyə parlamentində erməni millətindən olan bir şəxsin deputat kimi təmsil edilməsi və belə qanun layihəsi hazırlaması ölkədə demokratiyadan xəbər verir. Bu, bir daha Avropa Birliyi rəsmilərinin yüksək tribunadan səsləndirdikləri “Türkiyədə demokratiya yoxdur” iddialarına tutarlı cavabdır. 

Hindu tayfasının qanı və canı hesabına dövlət qurulan ABŞ-da isə indiyədək qaradərililərin hüquqları pozulur və onlar polislər tərəfindən vəhşicəsinə öldürülür.

Bayden, görəsən nə vaxt belə insanlara qarşı edilən irqçi münasibətlərə görə “soyqırımı” ifadəsini işlədəcək?

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin