10-11 may 2024-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.
Bizim.Media xəbər verir ki, b barədə XİN-dən məlumat verilib.
Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.
Səfər çərçivəsində, nazirlər Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli, o cümlədən üçtərəfli formatda görüşüblər.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2024/05/11/1715421838_663f0e80391b5663f0e80391b61715408512663f0e80391b3663f0e80391b4.jpeg)
- A-
- A
- A+
Region
14:03 / 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
Hazırda oxunan: Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
Hazırda oxunan: Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
Azərbaycan və Ermənistan XİN başçıları Qazaxıstanın Almatı şəhərində danışıqları davam etdirməyə razılaşıblar. Nazirlər delimitasiya üzrə irəliləyişi və əldə edilmiş razılaşmaları alqışlayıblar. Hazırda fikir ayrılıqları olan məsələlər üzrə danışıqlar davam etdirilir.
191542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.