Ermənistanda “Vətən naminə Tavuş” müxalif hərəkatının tərəfdarları səhər saatlarından paytaxt İrəvanda yolları bağlamağa başlayıblar.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, polis aksiya iştirakçılarını saxlamağa başlayıb.
Məlumata görə, etirazçılar ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
Xatırladaq ki, Ermənistanda bir neçə gündür hökumət əleyhinə etiraz aksiyaları keçirilir. “Vətən naminə Tavuş” hərəkatının lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına start verildiyini açıqlayıb.
Bizim.Media