Tavuşun erməni sakini internet vasitəsilə vətəndaşların pulunu mənimsəyib

Hazırda oxunan: Tavuşun erməni sakini internet vasitəsilə vətəndaşların pulunu mənimsəyib

191164

Ermənistanda internet fırıldaqçıları vətəndaşların 102 milyon dram (260 min ABŞ dolları) məbləğində pulunu mənimsəyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, əvvəllər məhkum olunmuş 36 yaşlı Tavuş sakini 38 yaşlı İrəvan sakini ilə birgə internet vasitəsilə oğurluğu gerçəkləşdiriblər.

“Əvvəllər məhkum olunmuş Tavuş sakini 2020-ci ildə həmin şəxs sosial şəbəkədə müxtəlif profillər yaradıb, digər istifadəçilərə “IDram” elektron pul kisələrinin qeydiyyata alınmasında “kömək” təklif edib.
O, “bonuslar” təklif etməklə istifadəçiləri qeydiyyatdan keçərkən parolları ona verməyə inandırıb. Bundan sonra cinayətkar bank və kredit təşkilatlarından şəbəkə istifadəçilərinin adına onlayn kreditlər rəsmiləşdirib və vəsaitləri mənimsəyib”, - deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin