Paşinyan Ağrı dağının simvolundan bir daha İMTİNA ETDİ - FOTOFAKT

Hazırda oxunan: Paşinyan Ağrı dağının simvolundan bir daha İMTİNA ETDİ - FOTOFAKT

191018

Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki mətbuat konfransı zamanı Ağrı dağının simvolu əvəzinə Araqat (Alagöz) dağının təsviri göstərilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ermənilərə məxsus Telegram kanalları yazıb.

Xatırladaq ki, Paşinyan Ağrı dağı bağlı fikirlərini ilk dəfə ötən il mayın 22-də keçirdiyi mətbuat konfransında səsləndirmişdi: "Araqat Ermənistan Respublikasındadır, Ağrı isə bizim ölkədə deyil".

Qeyd edək ki, Türkiyənin bir hissəsi olan Ağrı dağının ən yüksək zirvəsi - Böyük Ağrı 5137 metrə çatır. Qərbi Azərbaycandakı Alagöz dağının ən hündür zirvəsi isə 4090 metrdir. Beləcə, Qarabağa iddiadan rəsmən əl çəkən Paşinyan Türkiyə ərazilərinə iddiadan da şifahi şəkildə imtina edib. Amma Ermənistan Konstitusiyası və gerbində ərazi iddialarının olmasını nəzərə alsaq, ümumxalq referendumu ilə konstitusiyanın dəyişdirilməsi tələbi ortaya çıxır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin