Paşinyan: "Noyabradək Bakı ilə sülh müqaviləsinin imzalanması ideyası ilə razıyam"

Hazırda oxunan: Paşinyan: "Noyabradək Bakı ilə sülh müqaviləsinin imzalanması ideyası ilə razıyam"

190901

"Noyabradək Azərbaycanla sülh müqaviləsinin imzalanması ideyası ilə razıyam".

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

Paşinyanın sözlərinə görə, bu məqsədə çatmaq üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır.

Ermənistanın baş naziri ümid edir ki, iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramovla Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşündən sonra irəliləyiş əldə olunacaq.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, bu ilin noyabrınadək sülh sənədinin imzalanması kifayət qədər realdır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin