Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan Qazaxla sərhəddə yerləşən Kirants (Güney - red.) kəndinə toplaşanları siyasi proses yaratmaq cəhdində ittiham edib.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə o, parlamentdə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə”nin nümayəndələri və bütün dövlət aparatı kənd sakinlərinin problemlərini birlikdə həll edəcək.
"Kirantsa gedən bütün bu insanlar sakinlərin emosiyaları ilə oynayır və onların kədərindən siyasi proses yaratmağa çalışırlar" deyə o, qeyd edib.
“Ermənistanın dövlət sərhədinin olmasını istəməyən qüvvələr var və bunun üçün hər şeyi edirlər. Onlar eskalasiyaya və Ermənistanın müharibəyə cəlb olunmasına çalışırlar, çevriliş etmək üçün ölkənin suverenliyinə xələl gətirə biləcək proseslər yaradırlar”, - Ovannisyan bildirib.
Xatırladaq ki, aprelin 19-da Ermənistan və Azərbaycan Qazax rayonu ilə sərhəddə yerləşən Tavuş (Tovuzqala - red.) vilayətindən delimitasiyaya başlamağı və iyulun 1-ə kimi sərhədyanı ərazilərin delimitasiyasını başa çatdırmağı bəyan ediblər.
Həmin gün axşam saatlarından etibarən Ermənistanın revanşist qüvvələri etiraz aksiyaları keçirirlər. Mayın 4-də revanşist arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə hərəkatın nümayəndələri kənddən İrəvana yürüşə başlayıblar.
Bizim.Media
- A-
- A
- A+
Region
13:29 / 07.05.2024
Ölkəmizi müharibəyə sürükləmək istəyən qüvvələr var - Erməni deputat
Hazırda oxunan: Ölkəmizi müharibəyə sürükləmək istəyən qüvvələr var - Erməni deputat
Hazırda oxunan: Ölkəmizi müharibəyə sürükləmək istəyən qüvvələr var - Erməni deputat
190864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.