Əskipara kəndi ilə bağlı film Ermənistanın birinci kanalının saytından silinib.
Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə kanalın keçmiş jurnalisti Marianna Paytyan sosial şəbəkə hesabında məlumat yayıb.
Erməni jurnalist deyib ki, “Sərhəddə həyat” adlı sənədli film seriyası ümumilikdə saytdan silinib.
“Kanalın saytında Voskeparla bağlı bölümü axtarırdım. Məlum oldu ki, sərhəddəki yaşamla bağlı çəkdiyimiz bütün seriyalar saytdan silinib. Lakin məndə arxivlərdə qalıb.
Bir az da axtardım, gördüm ki, Şuşa şəhəri ilə bağlı film, hətta Xankəndi xəstəxanasından hazırladığımız reportajları da siliblər”, - o əlavə edib.
Qeyd edək ki, Əskipara - Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənddir. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir.
Bizim.Media
- A-
- A
- A+
Region
10:13 / 06.05.2024
Ermənistan kanalı Əskipara ilə bağlı filmi sildi
Hazırda oxunan: Ermənistan kanalı Əskipara ilə bağlı filmi sildi
Hazırda oxunan: Ermənistan kanalı Əskipara ilə bağlı filmi sildi
190633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.