Rusiyaya dost olmayan ölkələrin siyahısında birmənalı şəkildə ABŞ da var.
Bu fikri “Rossiya 1” telekanalının efirində Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmi olaraq bəyan edib.
XİN rəsmisi bildirib ki, dost olmayan ölkələrin tam siyahısı bu yaxınlarda açıqlanacaq.
MÖVZU İLƏ BAĞLI:
Zaxarova: “Qərb dünyada isterika yaradır”
Xatırladaq ki, aprelin 24-də Rusiya prezidenti Vladimir Putin dost olmayan dövlətlərin fəaliyyətləri ilə bağlı fərman imzalayib.
Fərmana əsasən, Rusiyaya qarşı dost olmayan fəaliyyətlərə yol vermiş dövlətlərin diplomatik nümayəndəliklərinin Rusiya vətəndaşları və ölkə ərazisində qeydiyyatda olan hüquqi şəxslərlə əmək və ya hər hansı bir digər xidmət üzrə müqavilə bağlamaq imkanları məhdudlaşdırılıb.
Qərarın Rusiyanın dövlət maraqlarının müdafiəi məqsədi daşıdığı bildirilib.
Bizim.Media