Somali Silahlı Qüvvələrinin üsyançı hissələri bazar günü ölkənin paytaxtı Moqadişonun şimal rayonlarına daxil olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, müxalif qüvvələrə bağlı qoşunlar hazırda Karan, Yakşid və Heliva rayonlarındadır.
MÖVZU İLƏ BAĞLI:
Somalidə türklərə qarşı terror aktı törədildi
Yaxın saatlarda üsyançıların şəhərin dərinliklərinə, prezident sarayına doğru hərəkətə başlayacaqları istisna edilmir.
Bununla yanaşı, Faqax qovşağı ərazisində üsyançılara qarşı ciddi müqavimətin göstərildiyi deyilir.
Eyni zamanda prezidentin istefasını tələb edən nümayişçilər də paytaxt küçələrinə çıxıblar. Onlar şəhərin şimal rayonlarında küçələri bağlayır və maşın təkərləri yandırırlar.
Bizim.Media