Qazaxla sərhəddə yerləşən Tovuzqala (Tavuş) vilayətində təxribatçılara rəhbərlik edən və baş nazir Nikol Paşinyana qarşı çıxan Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, yepiskop Baqrat Srbazan (Qalstanyan) İrəvanda II Qaregin və Robert Köçəryanla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə ermənilərə məxsus Telegram kanalları yazıb.
Srbazan Tavuşdakı etirazın sönməkdə olduğundan gileylənib və bildirib ki, insanlar hətta bu dörd kənddə də ayağa qalxıb hakimiyyətə qarşı çıxmayıblar.
Robert Köçəryan "mübarizəni" İrəvana köçürməyi məsləhət görüb, eyni zamanda onun məsləhətlərinə qulaq asmağa və hakimiyyətə qarşı birlikdə getməyə çağırıb. Köçəryan Nikolun etdiyi kimi İrəvana piyada getməyi tövsiyə edərək, yol boyu hökumət əleyhinə əhval-ruhiyyə yaratmağın vacibliyini qeyd edib.
Ancaq o, bu ehtimalın sıfıra bərabər olduğu deyib. Köçəryan söz verib ki, onun mediası yepiskopa informasiya dəstəyi verəcək və ona kömək edəcək. Lakin vurğulayıb ki, vəziyyət daha da mürəkkəbləşib.
Baqrat Kremllə və beşinci kolonla əlaqə yaratmağa başlayandan biznesi üzə çıxıb.
Xatırladaq ki, o, Erməni Apostol Kilsəsinin Kanada yeparxiyasına rəhbərlik edərkən Kanada vətəndaşlığını alıb, 2013-cü ildə isə Ermənistana geri qayıdıb.
Bizim.Media
- A-
- A
- A+
Region
10:34 / 03.05.2024
Paşinyana qarşı çıxan yepiskop II Qaregin və Robert Köçəryanla görüşdü
Hazırda oxunan: Paşinyana qarşı çıxan yepiskop II Qaregin və Robert Köçəryanla görüşdü
Hazırda oxunan: Paşinyana qarşı çıxan yepiskop II Qaregin və Robert Köçəryanla görüşdü
190206
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.