Gürcüstanda hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz əlaməti olaraq yenidən aksiyalar başlayıb.
Bizim.Media xəbər verir ki, xeyli sayda etirazçı Tbilisidə parlament binası qarşısına toplaşıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, əraziyə polis və xüsusi təyinatlılar cəlb edilib.
Xarici agentlər haqqında qanuna etiraz edənlərlə polis arasında qarşıdurma yaşanıb. Belə ki, etirazçılara qarşı bibər qazından istifadə edilib.
Bizim.Media