"Terror Robert Köçəryanın və daşnakların həmişə sevimli aləti olub" - İşxan Verdyan 

Hazırda oxunan: "Terror Robert Köçəryanın və daşnakların həmişə sevimli aləti olub" - İşxan Verdyan 

189557

“Hesab edirəm ki, Ermənistandakı hazırkı etiraz hərəkatı baş nazir Nikol Paşinyanın siyasi kursuna təsir etmək potensialına malik deyil və hakimiyyət üçün heç bir təhlükə yaratmır".

Bizim.Media xəbər verir ki, bunu erməni bloger, fəal və ictimai xadim İşxan Verdyan Caliber.az-ın "Ermənistandakı hazırkı etiraz potensialını necə qiymətləndirirsiniz? O, indiki hakimiyyət üçün təhlükə yaradırmı? Sizcə, bunun arxasında hansı qüvvələr dayanır?" sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Qarabağ klanının təmsilçiləri və davamçıları olan qondarma etirazçılar münaqişənin tənzimlənməsi prosesini, Bakı ilə İrəvan arasındakı sülh müqaviləsini hər cür təxribatlarla, terror aktları ilə ləngidə bilərlər.

Bloger hesab edir ki, banditizm və terror keçmiş prezident Robert Köçəryanın və onun müttəfiqləri olan daşnakların həmişə sevimli aləti olub:

"Əminəm ki, onlar bundan istifadə etməyə çalışacaqlar. Ancaq sülh prosesi həmişəki kimi davam edəcək. Nəticədə daşnakların Paşinyana təqdim edəcəkləri heç nə olmayacaq. Yəni, indiki mərhələdə Paşinyanın qarşısını ala bilməsələr, o zaman yaxın gələcəkdə simalarını itirəcəklər, ideologiyaları çökəcək, oğurladıqları bütün saysız-hesabsız xəzinələr dövlət mülkiyyətinə çevriləcək.
Beləliklə, bu etirazlar qaçılmaz məhvlə üzləşən bir heyvanın ölüm sancılarıdır".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin