Verdyan soydaşlarını İFŞA ETDİ – “Qazaxla sərhəddəki etirazların arxasında bu şəxslər dayanır” – ÖZƏL 

Hazırda oxunan: Verdyan soydaşlarını İFŞA ETDİ – “Qazaxla sərhəddəki etirazların arxasında bu şəxslər dayanır” – ÖZƏL 

188897

“Qazaxdakı izdiham kameralarda təsirli görünə bilər, amma əslində bunlar bütün ölkəni gəzən, mitinqdən mitinqə qaçan eyni adamlardır. Bunlar özünü tamamilə gözdən salmış, siyasi reytinqi çoxdan dibə vurmuş və sürətlə cəhənnəmə doğru enməkdə davam edən müxalifətin nümayəndələridir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında sülh təşəbbüsləri ilə tanınan erməni fəal, bloqer İşxan Verdyan deyib.

“Milçək kimidirlər, hay-küy salsalar da, təhlükə yaratmırlar”

Ermənistanda kəndlərin qaytarılması və delimitasiya prosesinin uğurla getməsinə etiraz edənlərləri ifşa edən Verdyan, Paşinyan administrasiyası üçün sözügedən mitinqlərin təhlükə təşkil etmədiyinə diqqət çəkib.

“Paşinyan üçün onlar milçək kimidirlər - hay-küy salırlar, amma heç bir təhlükə yaratmırlar. Görünən odur ki, Paşinyan qonşuları ilə münasibətlərin normallaşdırılması kursunu inamla davam etdirir və heç nə ona mane ola bilməz. Anklavları tam geri qaytarmaq üçün (digər 4 kənd) qarşılıqlı protokol lazımdır. Anklavların dövlətlərin ərazilərinin əsas hissəsi ilə birbaşa əlaqəsi yoxdur, ona görə də bu mərhələdə onlardan istifadə çətin ola bilər.

Bir ölkənin vətəndaşlarının digər ölkəyə qarşılıqlı giriş şərtləri isə aydın deyil. Bu səbəbdən mənə elə gəlir ki, anklavların qaytarılmasının əsas şərtləri sülh müqaviləsi və qarşılıqlı etimaddır”, - deyə İ. Verdyan bildirib.

“Delimitasiya bitmədən də sülh müqaviləsi imzalana bilər”

Verdyan hesab edir ki, sərhədlər tam müəyyənləşməsə belə sülh müqaviləsi imzalana bilər. Delimitasiya və demarkasiya prosesinin uzun vaxt tələb etdiyinə diqqət çəkən bloqer, yaxın vaxtlarda sülhün olacağına inanır.

“Azərbaycan və Gürcüstan arasında sərhədlərin müəyyən olunmamış hissələri olsa da, onlar dinc və gözəl şəkildə yaşamaqla nümunə olurlar. Bu nöqteyi-nəzərdən sabah da sülh müqaviləsinin imzalanmasına heç nə maneə olmur. Ancaq biz görürük ki, Ermənistanda dövlət sərhədinin hər delimitasiyasına görə nə qədər hay-küy yaranır və natamam sərhədlərlə sülh müqaviləsi imzalansa, bu hay-küy artmaqda davam edəcək və başqa sahələrdə artıq əldə edilmiş razılaşmalara maneə olacaq.

Öz xalqımı tanıyaraq deyirəm, mənə elə gəlir ki, ermənilər son möhürü vurmazdan əvvəl öz sərhədlərini tam müəyyən etmək istəyəcəklər. Lakin hadisələrin dinamikası elədir ki, bəlkə də sərhədin dəqiqləşdirilməmiş hissələri baş nazir Paşinyanın sülh sazişi imzalamasına maneə olmayacaq. Bu, onun xalqla necə danışacağından asılıdır”, - deyə İ. Verdyan əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin