Ermənistana buraxılmayan fransalı jurnalist hava limanında ACLIQ AKSİYASINA başladı - FOTO

Hazırda oxunan: Ermənistana buraxılmayan fransalı jurnalist hava limanında ACLIQ AKSİYASINA başladı - FOTO

188548

Xəbər verdiyimiz kimi, AzTV-nin müsahibə aldığı fransalı erməni jurnalist Leo Nikolyan Ermənistana buraxılmayıb. O, bir müddət əvvəl Azərbaycan Televiziyasının (AzTV) “Siyasətin kvazimodosu” adlanan sənədli filmində demişdi ki, Fransa öz vətəndaşlarını Azərbaycanda casusluq etmək üçün bu ölkəyə göndərib. Eyni zamanda jurnalist  Fransa prezidenti Emmanuel Makronun terror təşkilatı ilə əlaqələrindən danışıb. O, Makronun onu erməni terror təşkilatlarının rəhbərlərilə hədələdiyini vurğulayıb.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı erməni əsilli jurnalist "Sputnik Ermənistan"a münasibət bildirib.

Jurnalistin sözlərinə görə, ona Ermənistana girişin qadağan edilməsinin səbəbi barədə məlumat verilməyib və qərar göstərilməyib.

Etiraz əlaməti olaraq İrəvan şəhərində, Zvartnots hava limanında aclıq aksiyası keçirən Nikolyan ölkəyə buraxılmamasının səbəbini etirazların getdiyi Qazaxla sərhəddə yerləşən Voskepar kəndinə planlaşdırılan səfəri ilə əlaqələndirib.
Qeyd edək ki, Leo Nikolyan Fransa prezidentini tənqid etdiyi üçün təqib edilib, 52 saat təcridxanada qaldıqdan sonra Fransanı tərk edib, Dubayda və İstanbulda yaşayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin