Toivo Klaar Paşinyanla sərhədlərin delimitasiyası prosesini MÜZAKİRƏ EDİB

Hazırda oxunan: Toivo Klaar Paşinyanla sərhədlərin delimitasiyası prosesini MÜZAKİRƏ EDİB

188432

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, görüş zamanı görüş zamanı regional vəziyyət, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar və sərhədlərin delimitasiyası prosesi əsas müzakirə mövzusu olub. 
T.Klaar bir daha Aİ-nin Ermənistan-Azərbaycan danışıqlar prosesini, eləcə də Alma-Ata Bəyannaməsi əsasında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası haqqında razılaşmanı tam dəstəklədiyini xatırladıb.

Həmçinin Ermənistan-Aİ arasında əməkdaşlıq və münasibətlərin gələcək inkişafı müzakirə edilib.

Qeyd edək ki, görüşdə Aİ-nin İrəvandakı səfiri Vasilis Maraqos da iştirak edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin