Azərbaycana qaytarılması nəzərdə tutulan Ermənistanın Tavuş vilayətindəki Aşağı Əskipara kəndinin sakinlərinin etirazına baxmayaraq, erməni istehkamçılar Müqəddəs Məryəm kilsəsinə bitişik əraziləri minalardan təmizləməyə başlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mediasına kənd sakinləri məlumat veriblər.
Məlumata görə, hazırda ərazidə 20-25 istehkamçı işləyir.
Qeyd edək ki, Azərbaycanla delimitasiyanın nəticələrinə əsasən, sərhəd xətti kilsənin yaxınlığından keçəcək. Aşağı Əskipara kəndində yaşayan ermənilər kilsə ərazisini minalayıblar.
Bizim.Media