Ermənilərin marşrut avtobusları Qazaxın işğalda olan kəndlərinə girmirlər

Hazırda oxunan: Ermənilərin marşrut avtobusları Qazaxın işğalda olan kəndlərinə girmirlər

188224

Qazaxla sərhəddə yerləşən Tavuş vilayətindəki vəziyyətlə əlaqədar olaraq İrəvan-Tiflis marşrut avtobusunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə sərnişindaşıma şirkətlərindən biri “Sputnik Armenia” nəşrinə bildirib.

Avtobuslar adətən İrəvanı tərk edəndən sonra Abovyan-Sevan-Dilican-İcevan-Noyemberyan marşrutu ilə hərəkət edirlər, Baqrataşen kəndi yaxınlığından isə Gürcüstan sərhədinə gedirlər. 

Amma indi şirkət marşrutunu dəyişib, Vanadzor və Alaverdi vasitəsilə iki alternativ yol ilə sərnişinləri Gürcüstana çatdırır.

Delimitasiyadan sonra şirkət çox güman ki, İcevan və Noyemberyandan keçən yoldan tamamilə imtina edəcək.

Xatırladaq ki, İcevan-Noyemberyan marşrutu Qazaxın işğalda olan Bağanis Ayrım kəndindən keçir. Həmin yaşayış məskəninin və daha 3 kəndin Azərbaycana geri qaytarılması indidən ermənilər bərk qorxuya salıb. Onlar Gürcüstana getmək üçün digər alternativ yollardan istifadə edirlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin