"Cəbhə xətti olmamalıdır, sərhəd olmalıdır. Bu sərhəddə keçid məntəqəsi olacaq. Ünsiyyət (Azərbaycanlılarla) qurmaq istəyirsinizsə, qurun, qurmaq istəmirsinizsə, qurmayın".
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxla sərhəddə yerləşən Tavuş vilayətinin Berkaber kəndinin sakinləri ilə dünənki görüşündə bildirib.
“Bütün bunlar nə ilə bağlıdır? Mənim haqqımda, uşaqlarım, həyat yoldaşım, valideynlərim və hətta babam haqqında hər cür şeylər danışırlar. Sizcə, mənim ləyaqətim yoxdur, yoxsa cavab verə bilmirəm?
Yox, başa düşürəm ki, elə an gəlir ki, sən Vətən naminə, öz ölkən naminə özünü qurban verməlisən. Mən bunu niyə edirəm, edirəm ki, Ermənistan Respublikası müstəqil dövlət olsun”, - Paşinyan bildirib.
O, görüşdə yenidən Ermənistanın xəritəsini göstərib, ondan sonra orada olanlardan biri soruşub:
“Artsvaşen (Gədəbəydə yerləşən Başkənd kəndi) oradadırmı?”. Paşinyan müsbət cavab verib və Artsvaşenin “xəritəsini” ayrıca göstərib.
Qeyd edək ki, Paşinyan bu il ikinci dəfədir ki, Voskepara (Əskipara) gedir. Voskepariyalılarla əvvəlki görüş heç də rahat keçməyib. İclasın mövzusu Voskepar sakinlərinin etirazına səbəb olan Qazaxın işğalda olan 4 yaşayış məntəqəsinin geri qaytarılması olub. Paşinyan kənd sakinlərinə deyib ki, bu kəndlər geri verilməlidir, əks halda müharibə başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
Region
10:24 / 18.04.2024
Paşinyan: "Azərbaycanlılarla ünsiyyət qurmaq istəmirsinizsə, qurmayın"
Hazırda oxunan: Paşinyan: "Azərbaycanlılarla ünsiyyət qurmaq istəmirsinizsə, qurmayın"
Hazırda oxunan: Paşinyan: "Azərbaycanlılarla ünsiyyət qurmaq istəmirsinizsə, qurmayın"
187723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.