Xəbər verdiyimiz kimi Tbilisidə Parlament binası önündə keçirilən etirazlar zamanı polislə aksiya iştirakçıları arasında toqquşma yaşanıb.
Bizim.Media xəbər verir ki, toqquşma zamanı Daxili İşlər Nazirliyinin bir əməkdaşı yaralanıb.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstanda etirazçılar parlament binasına daxil olmağa çalışıblar - VİDEO
Ölkənin Daxili İşlər Nazirliyi və xüsusi təyinatlıları etiraz aksiyasına toplaşanları parlament binasından qovmaqda davam edirlər.
Onlar gözyaşardıcı qazdan istifadə ediblər, saxlanılanlar var.
Bizim.Media