Gürcüstanda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq parlament binası önündə bu gün də etirazlar keçirilib.
Bizim.Media xəbər verir ki, Gürcüstan parlamentinin binasının girişi qarşısında polislə etirazçılar arasında toqquşma olub.
Belə ki, Xüsusi təyinatlılar Tbilisidə parlamentin yaxınlığında keçirilən aksiyanı dağıtmağa başlayıb.
Qeyd edək ki, sözügedən qanun layihəsinə səsvermə aprelin 17-nə təxirə salınıb.
Bizim.Media