“Həqiqətən də tarixə faktlara əsaslanan yanaşma ilə maraqlananlar, ABŞ-ın Vaşinqtondakı Milli Arxivlər və Qeydlər Agentliyində general Harbordun məruzəsini tapa bilərlər. Hesabatın surətləri o vaxt Ağ Evə və Senata göndərilib”.
Bizim.Media-nın məlumatına görə, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın “RealClearDefense” jurnalında 1915-ci il hadisələri barədə məqaləsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
Hulusi Akar: “Yenə də Azərbaycanın yanında olacağıq” – Sarkisyana birbaşa CAVAB
Türkiyəli nazir deyib ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 2005-ci ildə Ermənistan dövlətinə məktub göndərərək tarixçi-alimlərdən ibarət birgə komissiyanın yaradılmasını təklif edib.
“Söyləmək istərdim ki, bu təklif hələ də qüvvədədir. Amma təəssüf ki, Türkiyə bu təklifə hələ bir cavab ala bilməyib və Ermənistan öz arxivlərini açmayıb”.
Əgər onlar sülhə investisiya qoymağı seçsələr, bütün region üçün siyasi və iqtisadi dividentlər yüksək olacaq. Türkiyə ABŞ kimi müttəfiqləri də daxil olmaqla, üçüncü ölkələrin bu yeni yanaşmanın reallaşmasına kömək etmələrini və ya tarixi bir mübahisəni siyasiləşdirmək cəhdlərindən çəkinmələrini istərdi”, - deyə H. Akar vurğulayıb.
Bizim.Media