“Ermənistan gec-tez başıaşağı Moskvanın qapısını döyəcək” – Erməni politoloq 

Hazırda oxunan: “Ermənistan gec-tez başıaşağı Moskvanın qapısını döyəcək” – Erməni politoloq 

186982

“Moskva əmindir ki, Qərb Ermənistana ən vacib şeyi - təhlükəsizlik zəmanətini verə bilməyəcək. Qərbin hazırda Ermənistana verəcək heç nəyi yoxdur, ona görə də Moskva bu qədər sakitdir. Ona görə də bəyanatlardan başqa Moskva hələlik ciddi addım atmayıb”.

Bizim.Media xəbər verir ki, bunu politoloq Argişti Kiviryan Ermənistan KİV-ə müsahibəsində deyib.

“Rusiya son illər Ermənistanın hazırkı rəsmilərinin müxtəlif təhqiramiz bəyanatlarını qeyd edə və müxtəlif sanksiyalar tətbiq edə bilərdi, lakin bunu etmədi. Niyə bunu etmədi? Çünki Kreml əmin idi ki, Ermənistan lazım olan təhlükəsizlik zəmanətini ala bilməyəcək və sonda başını aşağı salıb geri qayıdacaq. Belə də oldu.

Niyə onlar (Ermənistan hakimiyyəti - red .) hər şeyin yaxşı olduğunu deməkdə davam edirlər? Çünki indi Ermənistan hakimiyyəti vicdanla bunun necə biabırçı vəziyyət olduğunu desələr, onların Moskva ilə alver etməyə belə heç nələri olmayacaq. Onlar yenə də Moskvaya qayıtmağa çalışacaqlar. Lakin problem odur ki, Kreml onlara inanmayacaq. 
Əslində bütün bunlar göstərdi ki, Qərbin Ermənistana təklif edəcəyi ciddi heç nə yoxdur. İnsanlar (Qərb - red .) Ukraynaya vermək üçün gizli şəkildə pul toplayırlar və Ukrayna cəbhəsi Qərb üçün daha vacibdir. Və belə olan halda Ermənistana hətta pul verilmədiyi, sadəcə vədlər verildiyi aydındır”, - politoloq bildirib.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin