Rusiya miqrantlarla bağlı qərarını TƏXİRƏ SALDI  

Hazırda oxunan: Rusiya miqrantlarla bağlı qərarını TƏXİRƏ SALDI  

18693

Rusiya Daxili İşlər Nazirliyi ölkə ərazisində qanunsuz yaşayan xarici vətəndaşlara müvəqqəti yaşayış müddətini uzatmaq üçün qurumun bölmələrinə təkidlə müraciət etmələrini tövsiyə edib.

Bizim.Media-nın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev xarici vətəndaşlara müraciət edərək bildirib.

"Prezidentin koronavirus infeksiyasının (COVID-19) yayılması təhlükəsi ilə əlaqədar olaraq Rusiya Federasiyasındakı xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunu tənzimləyən müvəqqəti tədbirlər haqqında fərmanına müvafiq olaraq müəyyən edilmiş miqrasiya qanunvericiliyini pozaraq Rusiya Federasiyası ərazisində olan əcnəbilərə bu vəziyyətdə nəzərdə tutulan sanksiyalar tətbiq edilmədən onlara hüquqi statuslarını  həll etmək imkanı verilir.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya 120 min azərbaycanlı da daxil olmaqla miqrantların ölkəni tərk etməsini tələb edir


Bununla əlaqədar qanuni əsasları olmadan Rusiya Federasiyası ərazisində olan şəxslərin Rusiya Daxili İşlər Nazirliyinin ərazi üzrə qurumlarına müraciət etmələri təkidlə tövsiyə olunur", - deyə Rusiya DiN rəhbəri bildirib.

Qeyd edək ki, bir müddət öncə Rusiya DİN adından ölkə ərazisində qanunsuz yaşayan və fəaliyyət göstərən xarici vətəndaşların Rusiya ərazisini tərk etməsi üçün iyunun 15-nə qədər vaxt verildiyi barədə məlumat yaymışdı.

Hesablamalara görə, bu gün Rusiyada 7 milyon nəfərə yaxın qeyri-leqal miqrant var. Bunun da 25%-ə yaxını ukraynalılardır. Deməli, hardasa 1,8-2 milyon nəfər Ukrayna vətəndaşı indi Rusiyada qeyri-leqal yaşayır, amma bu qərarın bizə də təsiri olacaqdı.
 

Rusiyanın miqrantlarla bağlı qəbul etdiyi “iyunun 15-ə kimi hamısını qovacağıq” qərarı təbii ki, ən çox ukraynalılara hesablanmışdı. Bu qədər çox işsizin bir anda Ukraynaya qayıtması onsuz da iqtisadi cəhətdən yaxşı vəziyyətdə olmayan ölkə üçün sosial cəhətdən faciəvi ola bilərdi.


Qeyd edək ki, müxtəlif hesablamalara görə bu gün Rusiyada 120-150 min arası qeyri-leqal yaşayan Azərbaycan vətəndaşı da var.

Rusiyada yaşayan azərbaycanlı miqrantların ölkəmizə geri qayıtması ölkədə böyük işsizlər ordusunun yaranmasına və sosial gərginliyin artmasına səbəb olardı.

Bu qədər işçi qüvvəsinin ölkədən deportasiya edilməsi, geriləyən Rusiya iqtisadiyyatı üçün də heç də yaxşı nəticələr doğurmayacaqdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin