Separatçı rejimin rəhbəri Araik Arutyunyan təcili olaraq Moskvaya çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak” qəzeti adı açıqlanmayan mənbəyə istinadla yazıb.
Bildirilib ki, Arutyunyan Moskvada Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşlər keçirəcək.
MÖVZU İLƏ BAĞLI:
Qərargah rəisi Araik Artyunyanı niyə vurub?
"Hraparak" Xankəndindəki separatçı erməni rejiminin mətbuat katibi Lusine Avanesyana bu haqda sual versə də, o, məlumatı şərh etmək istəməyib.
“Hal-hazırda danışacaq bir sözüm yoxdur" -deyə o, cavab verib.
“A.Arutyunyanın Moskvaya getməsi faktını inkar edirsinizmi?” sualına isə açıqlaması belə olub:
"Şərhlərə ehtiyac yoxdur...".
Bizim.Media