“Son səfərlər göstərir ki, Paşinyan Qərbin dəstəyini itirib. Ermənistanın hazırkı hakimiyyəti Qərb üçün qəbuledilməzdir. Paşinyan Qərb üçün bəzi işlər görməli idi, amma bunları etmədi. Eyni vaxtda iki stulda oturmağı isə heç vaxt bağışlamırlar”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatına müsahibəsində sabiq deputat Vardan Xaçatryan bildirib.
“Brüsseldə bizə heç nəyi dəyişməycək maliyyə vəsaitləri verildi. Lakin bununla bağlı hakimiyyətin həvəsli təbliğat aparması təəccüb doğurur. Biz heç Brüsselə getməməliydik, çünki Avropa heç nəyə qərar vermir, Avropa ABŞ-ın nəzarətindədir. Amerikanın maraqlarına əməl etmək onların müqəddəs borcudur, Ermənistan isə onların maraqlarına daxil deyil.
Avropalılar Paşinyan vasitəsilə aşkar seqreqasiya, erməni xalqına qarşı məcburi təcrid siyasəti nümayiş etdirdilər. Konsolidasiya olunmuş Qərb sadəcə olaraq öz maraqlarına xidmət etməklə məşğuldur.
Qərbin indi kimə arxalanacağına gəlincə, bunu demək çətindir, indi hamı dəyişiklikləri hiss edib, amma cəmiyyətdə problemlər olduğu üzə çıxanda Qərb Saakaşvili və Navalnının məsələsində olduğu kimi kəskin qərarlar verəcək. Məsələn, Navalnıya qarşı ciddi cinayət ittihamlarının irəli sürüldüyü və ya Saakaşvilinin ABŞ-a girişinə qadağa qoyulduğunu yada salmaq kifayətdir”, - deputat bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
10:16 / 12.04.2024
Eks-deputat: “Paşinyan Qərbin dəstəyini itirib, onu bağışlamayacaqlar"
Hazırda oxunan: Eks-deputat: “Paşinyan Qərbin dəstəyini itirib, onu bağışlamayacaqlar"
Hazırda oxunan: Eks-deputat: “Paşinyan Qərbin dəstəyini itirib, onu bağışlamayacaqlar"
186792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.