“Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması çox vaxt almayacaq”- Aİ-nin nümayəndəsi

Hazırda oxunan: “Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması çox vaxt almayacaq”- Aİ-nin nümayəndəsi

186706

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar (Toivo Klaar) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının çox vaxt almayacağını düşünür.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Azututyan” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, sülh razılaşmasının tez əldə edilməməsininj bir neçə səbəbi ola bilər:

"Amma məndə olan məlumata görə, proseslər müxtəlif istiqamətlərdə elə gedir ki, siyasi iradə olan yerdə məqbul nəticəyə gəlmək üçün elə də çox vaxt lazım olmayacaq. Biz bunun üçün Bakı və İrəvanla birgə işləmək istəyirik”, - o bildirib.
Diplomat Aİ-nin regiondakı normallaşma prosesini dəstəklədiyini diqqətə çatdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin