Rusiya Türkiyə istehsalı “Bayraktar” zərbə PUA-larını almağı planlaşdırmır.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinə (FHTƏX) istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya PUA-ları “Bayraktar”a qarşı – Şok GÖRÜNTÜLƏR - VİDEO
Xidmətin mətbuat katibi Valeriya Reşetnikova deyib ki, Rusiya hazırda “Orion” pilotsuz uçuş aparatlarına sahib olduğu üçün Türkiyədən "Bayraktar" pilotsuz uçuş aparatlarının alınmasını nəzərdən keçirmir.
Qeyd edək ki, aprelin 20-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk”ə verdiyi açıqlamada Ukraynaya döyüş PUA-larının satılması ilə bağlı razılaşmanın Rusiyaya qarşı yönəlmədiyini deyib.
O, rəsmi Ankaranın Türkiyənin müdafiə məhsullarının Moskvaya tədarükünü müzakirə etməyə hazır olduğunu vurğulayıb.
Bizim.Media