Rusiya hakerləri Ermənistanın dövlət qurumlarına hücum ediblər

Hazırda oxunan: Rusiya hakerləri Ermənistanın dövlət qurumlarına hücum ediblər

186237

Erməni kibertəhlükəsizlik ekspertləri iddia edirlər ki, Rusiyanın haker qrupları Ermənistan dövlətinin əleyhinə işləyirlər.

Bizim.Media xəbər verir ki, bu barədə CyberHUB-AM qrupunun həmtəsisçiləri Artur Papyan və Samvel Martirosyan erməni mətbuatına müsahibələrində bildiriblər.

Onların sözlərinə görə, uzun illər düşünürdülər ki, Ermənistana kiberhücum olarsa, bu Azərbaycan və ya Türkiyədən gəlir:

"Lakin indi ekspertlər başqa istiqamətlərdən həyata keçirilən hücumlardan danışırlar. Ən azı on ildir ki, Ermənistan, xüsusən də diplomatik və hərbi sahənin əməkdaşları, siyasi ictimaiyyət və jurnalist ictimaiyyəti rus hakerlərinin diqqətindədir".

CyberHUB-AM qrupunun həmtəsisçisi Samvel Martirosyanın araşdırmasına görə, haker qruplarından ən fəalı Rusiyanın APT 27 komandasıdır.

Ermənistanda fəaliyyət göstərən APT 27 qrupunun Rusiya hərbi kəşfiyyatı (QRU) ilə əlaqələri var. Məsələn, APT 27 erməni hərbçilərini mil.am-a çox bənzəyən domenlə hədəfə alıb və burada saxta rnil.am elektron poçtuna giriş səhifəsi yaradıblar. Eyni hiylədən Ermənistan Xarici İşlər Nazirliyi məsələsində də istifadə olunub.

“Burada çox diqqət çəkən odur ki, Rusiya haker qruplarının Ermənistanda çox ciddi iştirakı var. Biz gördük ki, onlar dəfələrlə təhlükəsizlik qüvvələrinə, Ermənistan iqtisadiyyatının bəzi sahələrinə, məsələn, Ətraf Mühitin Mühafizəsi Nazirliyinə, konsulluqlara, diplomatik xidmətlərə soxulub və ya soxulmağa cəhd ediblər. Yəni, bütövlükdə Ermənistanın araşdırması çərçivəsində ən mühüm sahələrin öyrənilməsi tamamilə məntiqlidir.
Bütün dünyada Rusiyanın kiber bölmələrinin həmişə sistemli fəaliyyət göstərməsi və öz maraqları çərçivəsində məlumat əldə etməyə çalışması faktını qəbul etməliyik. Bu aksioma kimidir. O da göz qabağındadır ki, indi daha çox fəallıq olacaq, çünki müəyyən gərginlik var və ona görə də ruslar bütün mümkün yollarla əlavə məlumat əldə etməkdə daha çox maraqlı olacaqlar”, – deyə Artur Papyan qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin