Avropa Şurasının baş katibi Ermənistanda etirazla qarşılandı - VİDEO

Hazırda oxunan: Avropa Şurasının baş katibi Ermənistanda etirazla qarşılandı - VİDEO

186207

Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin Ermənistana gəlişi ilə əlaqədar etiraz aksiyası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Armenia" agentliyi yazıb.

Etirazçılar həbs olunanların adlarını səsləndiriblər: Armen Aşotyan, Narek Malyan, Vazgen Saqatelyan, Narek Samsonyan və başqaları.

Onların hamısının siyasi məhbus olduğunu deyiblər. Görüntülərdə Mariya Pejçinoviç-Buriç Ermənistan Xarici İşlər Nazirliyinə gəlib, lakin polis etirazçıların Avropa nümayəndə heyətinə yaxınlaşmasına imkan verməyib.
Etirazçılar "Azadlıq" sözünü səsləndirən zaman AŞ-nin baş katibi sürətlə binaya daxil olub.
 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin