Aİ nümayəndə heyəti Cənubi Qafqaza səfər edəcək

Hazırda oxunan: Aİ nümayəndə heyəti Cənubi Qafqaza səfər edəcək

186195

Avropa İttifaqı Şurasının Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin üzvləri bu gün Ermənistana rəsmi səfər edəcəklər. 

Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, komitə üzvlərinin İrəvana səfəri 2 gün davam edəcək. 

Görüşlər zamanı Ermənistandakı vəziyyət, eləcə də Azərbaycanla danışıqlar prosesinin müzakirə ediləcəyi planlaşdırılır. 

Nümayəndə heyətinin İrəvandan Tbilisiyə, oradan isə Bakıya səfər edəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin