Peter Stano: “Aİ Ermənistandan Rusiya ilə tərəfdaşlıqdan imtina etməyi tələb etmir”

Hazırda oxunan: Peter Stano: “Aİ Ermənistandan Rusiya ilə tərəfdaşlıqdan imtina etməyi tələb etmir”

186030

“Ermənistanın Rusiya ilə münasibətlərinə gəlincə, Avropa İttifaqı (Aİ) “bizimlə işləmək istəyirsinizsə, bütün digər tərəfdaşlarınızdan imtina etməli olacaqsınız” deyə biləcək oyunçu deyil. Yəni Aİ Ermənistandan Rusiya ilə tərəfdaşlıqdan imtina etməyi tələb etmir”.

Bizim.Media xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano deyib.

O qeyd edib ki, Aİ inklüziv əməkdaşlığın tərəfdarıdır:

“Əgər İrəvan Rusiya ilə hansısa əməkdaşlığın onların maraqları üçün vacib, faydalı olduğuna inanırsa, Aİ-nin siyasətlərinə, məsələn, bizim sanksiya siyasətimizə zidd olmamaq şərti ilə buna sahib ola bilər. Buna görə də, əgər Ermənistan Aİ ilə daha sıx əlaqələr qurursa, bu o demək deyil ki, hər hansı digər tərəfdaşla əlaqələri kəsməlidir.
Torpaqlarında rus əsgərlərinin, Rusiya FSB-nin və ya hər hansı digər Rusiya hüquq-mühafizə orqanının olmasını istəməsi İrəvanın suveren qərarıdır. Biz demirik ki, bizimlə əməkdaşlığı genişləndirmək istəyirsinizsə, ruslardan əl çəkin. Xeyr, Aİ belə işləmir”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin