"Rəsmi Moskva heç kimlə körpünü yandırmaq istəmir, amma kimsə bunu etmək istəsə, Rusiya Federasiyası tez və sərt cavab verəcək."
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Putin etiraf etdi: “Koronavirus təhdid olaraq qalır”
“Son zamanlar əlaqələrimiz pis olan ölkələr də daxil olmaqla beynəlxalq siyasi arenanın bütün iştirakçıları ilə yaxşı münasibətlər qurmaq fikrindəyik."
Biz həqiqətən körpüləri yandırmaq istəmirik. Ancaq kimsə yaxşı niyyətlərimizi laqeydlik, zəiflik kimi qəbul edirsə, bu körpüləri nəhayət yandırmaq və ya partlatmaq niyyətindədirsə, Rusiyanın cavabının asimmetrik, sürətli və sərt olacağını bilməlidir", deyə Rusiya lideri sərt bəyanat verib.
Bizim.Media
Putin: "Ümid edirəm ki, heç kim Rusiya ilə münasibətdə qırmızı xətti keçməyə cəsarət etməyəcək" pic.twitter.com/4UsLxk3kH9
— Amerikanın Səsi (@voaazeri) April 21, 2021