İran Qərbin Ermənistanda möhkəmlənməsinə niyə SUSUR? – Saleh Kamranidən ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: İran Qərbin Ermənistanda möhkəmlənməsinə niyə SUSUR? – Saleh Kamranidən ÖZƏL AÇIQLAMA 

185425

“NATO-nun, ABŞ-ın, Fransanın bölgəyə girmə cəhdləri İranın rəsmi mövqeyi ilə olmasa da, qeyri-rəsmi siyasəti ilə uyğunlaşır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında cənubi azərbaycanlı politoloq Saleh Kamrani deyib. 

“İran hər zaman münaqişənin dondurulmasını dəstəkləyib”

5 aprel Brüsseldə Ermənistanla bağlı keçiriləcək görüşü şərh edən Kamrani, İranın səssizliyini razılıq əlaməti kimi şərh edib:
 

MÖVZU İLƏ BAĞLI:

İranın timsah GÖZ YAŞLARI – Tehran İsrail-HƏMAS savaşından MİLYARDLAR QAZANIR


“İran siyasətinə nəzər yetirdikdə görürük ki, onlar hər zaman, SSRİ dağıldıqdan 2020-ci ilə qədər Azərbaycanla Ermənistan arasındakı münaqişənin dondurulmasını dəstəkləyib. Bu siyasətlərində hər zaman Ermənistanın gücləndirilməsi üçün də çalışırdılar. Bu da İran və Rusiyanın siyasətinin eyniliyindən xəbər verirdi. 

Lakin 2020-ci ildə başlayan Vətən Müharibəsi geopolitik tarazlığı Azərbaycan və Türkiyənin lehinə dəyişdirdi. Bu da İranın siyasətini alt-üst etdi. Rusiya Ukrayna ilə müharibəyə başladıqdan sonra da Cənubi Qafqazda öz gücünü saxlamağa çalışır. Lakin Kremlin bu mövqeyi İranın siyasəti ilə tam olaraq uzlaşmır. NATO-nun, ABŞ-ın, Fransanın bölgəyə girmə cəhdləri İranın rəsmi mövqeyi ilə olmasa da, qeyri-rəsmi siyasəti ilə uyğunlaşır”, - deyə S.Kamrani bildirib. 

“İran Türk dövlətlərini Qərbdən daha təhlükəli düşmən hesab edir”

Politoloq əlavə edib ki, Türk dünyasına qarşı olan bütün platformalarda İran iştirak edir. Həmçinin Tehran rejimi Türk ölkələrini ABŞ, İsrail kimi düşmənlərindən daha təhlükəli hesab edir. 

“İran hər zaman deyir ki, "bölgə ölkələrinin problemləri bölgə ölkələri tərəfindən həll edilməlidir". Lakin qeyri-rəsmi mövqedə tam əksini düşünür. İran düşünür ki, Türkiyə, Rusiya və İranla birgə bölgədə sabitlik həm də Zəngəzur dəhlizinin reallaşması deməkdir ki, bu zaman İran itirən tərəf olacaq. ABŞ və NATO bölgəyə gəlməsə, bu zaman bölgədəki problemlər həllini tapacaq. 

İran bununla razılaşa bilmir. 

Bu zaman İran Çindən Avropaya gedən yolların xaricində qalır. İran zahiri olaraq Qərbə qarşı, İsrailə qarşı siyasət yürütsə də, reallıqda Fransa, ABŞ, İsraillə işbirliyini davam etdirir. Hazırda bir çox sanksiyalarla, üzləşən İran ABŞ-dan müəyyən imtiyazlar almaq istəyir. Bu səbəblərə görə də, İran ABŞ və NATO-nun Cənubi Qafqazda olmasına razıdır. Digər məqam isə Türk dünyası ilə bağlıdır. İran hər zaman Türk dünyasına qarşı olan bütün platformalarda təmsil olunur”, - deyə S.Kamrani əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin