Erməni siyasi şərhçi etiraf etdi: "İrəvan bizə məxsus deyil"

Hazırda oxunan: Erməni siyasi şərhçi etiraf etdi: "İrəvan bizə məxsus deyil"

185264

"Bu gün hakimiyyətdə olanlar deyirlər ki, təkcə Qarabağ (sabiq qondarma rejim) deyil,  Tavuşun kəndləri də (Qazaxın işğalda olan 7 kəndi) bizim olmayıb".

Bizim.Media "hraparak.am" saytına istinadən xəbər verir ki, bunu Rusiya-Ermənistan Universitetinin müəllimi, siyasi şərhçi Anjela Elibeqova deyib.

"Sabah da bildirəcəklər ki, İrəvan bizə məxsus deyil", deyə o, qeyd edib.

Xatırladaq ki, Qarabağın, Zəngəzur və Göyçə mahallarının, o cümlədən Qazaxdan Göyçə gölünədək olan ərazilərin (Qaraqoyunlu dərəsi, Dilican və Karvansaray rayonları) Ermənistana heç bir aidiyyatı olmayıb. 1918-ci ildə Ermənistan öz müstəqilliyini elan edəndə həmin torpaqlar Azərbaycanın tərkibində olub. Ancaq zaman-zaman Sovet İttifaqının ermənipərəst "liderləri" o əraziləri Ermənistana birləşdirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin