Marqarita Simonyana qarşı cinayət işi AÇILDI 

Hazırda oxunan: Marqarita Simonyana qarşı cinayət işi AÇILDI 

185172

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) RT telekanalının, "Rossiya Seqodnya"nın və Sputnik agentliklərinin baş redaktoru, erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyana qarşı cinayət işi açıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti  məlumat yayıb. 

Bildirilib ki, Simonyan 2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə öldürülməsinə çağırıb və həmçinin Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün dəfələrlə kampaniya aparıb. 
“Hələ 2023-cü ildə Simonyan Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə şübhəli bilinirdi.

Ukraynalıların soyqırımına çağırış edən rusiyalı təbliğatçı Marqarita Simonyanın yeni cinayətləri sənədləşdirilib. Həmin cinayətlər arasında onun 2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə öldürülməsinə dair ictimai çağırışları da var. Bundan əlavə, o, Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün dəfələrlə kampaniya aparıb”, - deyə məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin