Ermənistanın "Joxovurd" qəzeti "Paşinyan istefa vermək qərarına gəlib" xəbərini tirajlamaqla Nikolla sözün əsl mənasında məzələnib.
Bizim.Media xəbər verir ki, mənbə daha sonra isə bunun 1 aprel zarafatı olduğunu bildirib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan istefa verəcək?
Ölkə daxilində baş verən bu olay Paşinyanın düşdüyü rəzil durumun göstəricisidir.
Xatırladaq ki, "Joxovurd"da dərc edilən materiala görə, Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin sentyabrda keçirilməsinə qərar verib. Bununla bağlı guya o, təcili partiya toplantısı keçirib.
Qəzet, hətta ölkədə növbədənkənar parlament seçkilərinin sentyabrın 10-da keçirilməsi xəbərini də yayıb.
Bizim.Media